İstanbul su altında

İstanbul su altında

Türkiyənin İstanbul şəhərində gecə saatlarında yağan güclü yağış bir çox problemlərə yol açıb.
 
Trend-in məlumatına görə, yolları su basması nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yolda qalan insanlara xilasedicilər kömək ediblər.
 
Kanalizasiya sistemləri daşdığı üçün bəzi ev və iş yerlərini də su basıb.
 
Bəzi ərazilərdə güclü külək ağacları aşırıb.
 
Həmçinin hava şəraiti səbəbindən Atatürk hava limanında bütün reyslər təxirə salınıb.
 

 

Google+ WhatsApp ok.ru