İşğalçı İsrail qüvvələri fələstinlilərin Qadınlar Günü münasibətilə keçirdiyi yürüşə müdaxilə etdi

İşğalçı İsrail qüvvələri fələstinlilərin Qadınlar Günü münasibətilə keçirdiyi yürüşə müdaxilə etdi

-- çox sayda fələstinli boğulma təhlükəsi yaşayıb

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə dünən keçirilən yürüşə İsrail işğal qüvvələrinin Kalendiya nəzarət nöqtəsində müdaxiləsi nəticəsində çox sayda fələstinli boğulma təhlükəsi yaşayıb.

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, Fələstinli milli və İslami qrupların dəvəti ilə təşkil olunan yürüşdə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı elan etmək qərarına da etiraz edilib.

"Quds Press" İnformasiya Agentliyinin müxbiri işğalçı İsrail qüvvələrinin Kalendiya nəzarət nöqtəsinə çatan nümayişçilərə müdaxilə etdiyini və çoxsaylı gözyaşardıcı qaz bombası atdığını deyib.

Fələstin Qızıl Aypara Cəmyyəti təcili yardım briqadalarının Kalendiya nəzarət nöqtəsində İstail qüvvələrinin atdığı bombalardan çıxan sıx dumandan təsirlənən səkkiz nəfərə tibbi müdaxilə etdiyini açıqlayıb.

 

 

Google+ WhatsApp ok.ru