İşğalçı İsrail rejimi Qəzzaya yardımların girişinə qoyduğu qadağanı ləğv edib?

İşğalçı İsrail rejimi Qəzzaya yardımların girişinə qoyduğu qadağanı ləğv edib?

-- beynəlxalq qurumların göndərəcəyi humanitar yardımlar..

İsrail mediası İşğalçı rejimin beynəlxalq qurumların göndərəcəyi humanitar yardımların Qəzza şəhərinə daxil olmasına icazə verdiyini bildirib. 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki,  bu qərar sionist İsrailin müdafiə naziri Aviqdor Liberman, Baş Qərargah rəisi Qadi Eyzenkot və ordunun cənub komandirliyinin başçısı Eyal Zamirin keçirdiyi toplantıda qəbul edilib.
 
Toplantıda Qəzaadakı humanitar və təhlükəsizlik sahələrindəki vəziyyət müzakirə edilib. Bölgədə humanitar böhranın getdikcə pisləşməsinin qarşısını almaq üçün göndəriləcək yardımların beynəlxalq nəzarət altında girişinə icazə verilməsi qərara alınıb.
 
Qeyd edək ki,  bir neçə gün öncə Birləşmiş Mİllətlər Təşkilatı (BMT)  İsrailin zülmünə məruz qalan Qəzza və oradakı xəstəxanaların durumu ilə bağlı hesabat yayımlamış və işğalçı rejimdən  Qəzza zolağının blokadasının  aradan qaldırılmasını tələb etmişdi. 
 
Fələstinli sosial media fəalları da bir müddət öncə “ #savegazza” haştaqı ilə kampaniyaya keçirirlər.  Fələstinlilər 10 il-dən çoxdur mühasirədə saxlanılan Qəzza xalqına tətbiq edilən zorakılığa son qoyulmasını tələb ediblər.
 
Xatırladaq ki, Qəzza zolağının sionist İsrail rejimi tərəfindən mühasirəsi və bu bölgədə aparılan hərbi əməliyyatlar, son illər ərzində Qəzzada sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyəyə çatıb. Bu Fələstin torpaqlarının İsrail rejimi tərəfindən işğalından sonra ən aşağı göstəricidir. 
 
Qəzza zolağının 362 min kvadrat kilometr ərazisi var ki, təqribən 1 milyon 800 min nəfər fələstinli burada yaşayır.   
 
2006-ci ildən sionist rejim bu bölgəni mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrub edilib.
 
 

Google+ WhatsApp ok.ru