Şamaxıda 5 yaşlı uşaq üzərinə qaynar su tökülməsi nəticəsində ölüb

Şamaxıda 5 yaşlı uşaq üzərinə qaynar su tökülməsi nəticəsində ölüb

Şamaxı rayonunda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. 
 
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şamaxı rayonunun Qaravəlli kəndində qeydə alınıb.
 
Belə ki, Qaravəlli kənd sakini, 2012-ci il təvəllüdlü Şəfa Zamin qızı Şirinovanın üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb. 
 
Azyaşlı ailəsi tərəfindən dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Məlumata görə, Ş.Şirinova evdə oynayarkən sobanın üzərində qaynamaqda olan su qabına toxunub. Nəticədə qaynar su önun üzərinə tökülüb.
 
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkimi Solmaz Tağıyeva "Report"un yerli bürosuna bildirib ki, xəstə gətirilərkən aqanal vəziyyətdə olub: "Azyaşlı döş qəfəsinin ön səthinin hər
iki yuxarı ətrafı və sağ budun 3-4-cü dərəcəli termiki yanığı diaqnozu ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru