Şeyx Sərdardan xəbər var

Şeyx Sərdardan xəbər var

Ötən gün qanunsuz saxlanılan və barəsində həbs qəti imkan tədbiri seçilən Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü Şeyx Sərdar Hacıhəsənlidən xəbər var.
 
Maide.Az-ın əldə etdiyi məlumata görə, Şeyx Sərdarın bu gün Bakıya gətiriləcəyi deyilsə də, o, hələ də Masallı rayon polis idarəsində saxlanılır. 
 
Qeyd edək ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənli fevral ayının 22-də səhər saat 10-da Masallı şəhər polisi tərəfindən saxlanılıb.
 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib.

Google+ WhatsApp ok.ru