Şeyx Sərdarın kassasiya şikayəti üzrə məhkəməsi keçiriləcək 19 Dekabr 2017 02:00 Namaz məhbusu -- Məhkəmə 30 yanvar 2018-ci il tarixində saat 11:00-da baş tutacaq Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayeti üzrə məhkəmə yanvar ayının 30-da Ali Məhkəmədə keçiriləcək. Bu barədə Maide.Az –a vəkil Cavad Cavadov məlumat verib. C.Cavadoun bildirib ki, Hacı Sərdar Babayevin barəsində olan cinayət işi üzrə kassasiya şikayəti üzə Ali Məhkəmədə keçiriləcək məhkəmə baxışı 30 yanvar 2018-ci il, saat 11:00 –a təyin olunub. İşə Hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq. Hacı Sərdar məhkəmədə iştirak üçün müraciət ünvanlayacaq. Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib. Teqlər : #Şeyx Sərdarın kassasiya şikayəti üzrə məhkəməsi keçiriləcək , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şeyx Sərdarın işindən kassasiya şikayəti verilib Vəkil Cavad Cavadov Şeyx Sərdarla görüşüb