“Məscidül-Əqsa”nın altında yəhudi şəhəri yaranıb

“Məscidül-Əqsa”nın altında yəhudi şəhəri yaranıb

Xəyali Süleyman heykəlini qoymaq üçün “Məscidül-Əqsa”nın altında qazıntılar çox aramsız bir şəkildə davam edir...
 
Ankara İnanc Platformasının həyata keçirdiyi 571-ci həftə mətbuat konfransında Fələstində yaşanan İsrail zülmü dilə gətirildi. Açıqlamada "Xəyali Süleyman heykəlini qoymaq üçün “Məscidül-Əqsa”nın altında qazıntılar çox aramsız bir şəkildə davam edir. Bu qazıntılar nəticəsində “Məscidül-Əqsa”nın altında yəhudi şəhəri yaranıb" - deyə qeyd edilib.
 
 
İSRAİL ZÜLMÜNÜ HƏR GÜN ARTIRIR
Sionist İsrail rejiminin Fələstində törətdiyi zülümlərin miqyasının günü-gündən artdığına diqqət çəkən açıqlamada, zülmlər belə dilə gətirilib: “Məscidül-Əqsa”da namaz qılmaq üçün gələn müsəlmanlara 50 yaşın üzərində olmaq kimi mənfi şərtlər qoyularaq “Məscidül-Əqsa”ya girişləri əngəllənir. “Məscidül-Əqsa”nı zaman və məkan olaraq bölməyə çalışaraq Ağlama Divarını işğal etdikləri kimi, buranı tamamilə ələ keçirməyə çalışırlar. Yəhudi miqrantlar hər gün İsrail əsgərlərinin himayəsində gündəlik “Məscidül-Əqsa”ya basqınlar təşkil edir. Hamınızın bildiyi son zamanlarda edilən “Məscidül-Əqsa”nın bağlanması və azanın qadağan edilməsi kimi cəhdlər göstərdilər.
 
 
BU ZÜLMƏ QARŞI MÜSƏLMANLAR NƏ ETMƏLİDİR?
İsrailin bölgədə baş verən mənfi hallardan istifadə edərək Fələstinlilərə aid torpaqları qəsb etdiyi, müqəddəsatımızın tapdalandığı, məhrəmimizə əl uzatdığı bir zamanda "Müsəlmanlar olaraq üzərimizə düşən vəzifələr nədir?" - deyə soruşularaq verilən açıqlamada, "Qüdsdə “Məscidül-Əqsa”da Sionist rejimin fələstinlilərə qarşı törətdiklərini dünya ictimaiyyətinə çatdırmaq və ifşa etmək. İsrail məhsullarını İsrailin etdiyi zülmə şərik olmamaq üçün boykota davam etmək. Qüds və “Məscidül-Əqsa”ya səfər edərək fələstinli qardaşlarımızın yanında olduğumuzu hiss etmək. Türkiyə hökumətinin Fələstindəki zülmlərə qarşı səssiz qalmaması üçün cəhdlər göstərməliyik" - deyilərək üzərimizə düşən vəzifələrin nə olduğu vurğulanıb.
 
 
QƏZZA VƏ QÜDS AZAD OLACAQ
Açıqlamanın sonunda isə keçən günlərdə Sionist İsrailin Qəzzaya etdiyi hücumların vəhşi bir təcavüz və müharibə cinayəti olduğu, beynəlxalq məhkəmələrdə bu təxribatı törədənlərin mühakimə olunmalı olduğu bildirilərək, "Türkiyəli müsəlmanlar olaraq bu hücumları şiddət və nifrətlə pisləyirik. Əlbəttə ki, yaxın zamanda Fələstin, Qəzza və Qüds azad olacaq" - deyildi. (islamazeri) /

Google+ WhatsApp ok.ru