BMT-dən Fransaya: Bu, müsəlmanları hədəf alır 10 Dekabr 2020 15:43 Dünya Fransada təhlükəsizliklə bağlı qəbul edilən qətnamənin Afrika əsillilər və digər milli azlıqlar üçün mənfi təsirləri ola bilər. Bu sözləri BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet deyib. M.Baçelet yeni qanunun 24-cü maddəsini sərt tənqid edərək, burada müsəlmanların hədəf alınacağından ehtiyatlandığını dilə gətirib: “Fransada uzun zamandır ki, hüquq-mühafizə orqanlarında irqçiliyin və bu yöndə təcrid edilmənin şahidi oluruq. Bu vəziyyətə təcili müdaxilə edilməlidir”. Qeyd edək ki, Fransa Milli Məclisində qəbul edilmiş təhlükəsizlik qətnaməsinə görə, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların şəxsiyyətini müəyyənləşdirən foto və video görüntülərin yayımlanması qadağan edilib. Yeni qanuna riayət etməyənləri 1 il həbs və 45 min avro cərimə cəzası gözləyir. / İslamTimes / Teqlər : #BMTdən,#Fransaya:,#müsəlmanları,#hədəf,#alır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları artırır Rusiya və NATO 10 ildən sonra ilk dəfə birgə hərbi təlim keçirəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO