10 ən səxavətli ölkə siyahısında müsəlman dövlət də yer alıb

Xeyriyyə işləri üzrə  "Global Giving İndex 2014" siyahısının ilk onluğunda yer alan yeganə müsəlman dövləti Malayziyadır.
 
Maide.az xəbər verir ki, reytinq cədvəli İngilltərə xeyriyyə fondu tərəfindən aparılan soğru əsasında hazırlanıb. Bu fondun xeyriyyə işlərində 90 illik təcrübəsi var. 
 
Sorğunun keçirilməsi və reytinqin müəyyən edilməsinin məqsədi dünyada bu fenomenin miqyasını, önəmini müəyyən etmək olub. 
 
Sorğunu həyata keçirənlər təsadüfü insanlara "onlara yardım edirlərmi" və ya "ötən ay küçədə ehtiyaclılara yardım ediblərmi" suallarını veriblər. 
 
Sorğu 135 ölkədə keçirilib. 
 
Birinci yerdə ABŞ və Myanmadır. ABŞ hər üç kateqoriyada yer alan yeganə ölkədir. Böyük iyirmilikdən isə cəmi 5 ölkə 20-liyə daxil olub. 
 
50 ölkə siyahısında Özbəkistan 28-ci, Suriya 30-cu, Tacikistan 34-cü, İraq 43-cü Səudiyyə Ərəbistanı isə 47-ci sıralarda yer alıb. 
 
Diqqətə layiqdir ki, Suriya və İraq kimi müharibə şəraiti hökm sürən ölkələrdə insanlar daha çox bir-birilərinə yardım edirlər nəinki inkişaf etmiş, sülh içində yaşayan dövlətlərdə.  //

Google+ WhatsApp ok.ru