Qahirədə 25 nəfər saxlanılıb

Misirdə baş verən hadisələrin 3-cü ildönümündə aksiya keçirilib.
 
Maide.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə toplaşan nümayişçilər, ictimaiyyətdə "Məhəmməd Mahmud Hadisələri" kimi tanınan 2011-ci ildə hərbi şuranın səlahiyyətlərini mülki rəhbərliyə ötürülməsi tələbi ilə Məhəmməd Mahmud Küçəsində keçirilən aksiyalarda baş verən zorakılığa etiraz etdi.
 
"Təhrir" meydanı yaxınlığında küçənin girişində toplaşan nümayişçilər hadisələrdə dünyasını dəyişənlərin rəsmlərini qaldırıb, ordu və polis əleyhinə şüarlar səsləndirib. Prospektin girişində yerləşən polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edərək, etirazı yatırtmağa çalışıb. Nümayişçilər daha sonra ara küçələrə dağılıb.
 
Bu arada Daxili İşlər nazirinin müavini Əbdul-Fəttah Osman tərəfindən verilən yazılı açıqlamada Məhəmməd Mahmud prospektində keçirilən aksiyalarda hərəkəti ləngitdiyi üçün 25 nəfərin saxlandığını və prokurorluğa göndərildiyini bildirilir.

Google+ WhatsApp ok.ru