12 illik təhsil sisteminə keçidlə əlaqədar iş aparılır 17 May 2016 01:00 Elm, Təhsil Təhsil Nazirliyi 12 illik təhsil sisteminə keçidlə əlaqədar dərs vəsaitlərinin, proqramlarının hazırlanması üzərində iş aparır. Maide.Az -ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov ADA Universitetində Ümumdünya İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş konfransda deyib. Onun sözlərinə görə, bu işlər çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sahəsində dərslərin keçirilməsi məsələləri müzakirə olunacaq, bundan sonra həmin sistemə keçid barədə qərar qəbul ediləcək. F.Qurbanov qeyd edib ki, bununla yanaşı, Təhsil Nazirliyi şagirdlərin məktəbdənkənar vaxtda informatika sahəsində biliklər qazana bilməsi üçün informatika sahəsinə xüsusi diqqət ayrılması üzərində iş aparır. Bununla əlaqədar olimpiadalar keçirilir. Teqlər : #12 illik təhsil sisteminə keçidlə əlaqədar iş aparılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məleykə Abbaszadə ali məktəblərə qəbuldakı yenilikdən danışdı Abituriyentlər üçün pulsuz sınaq imtahanı olacaq