İsmayıllıda yük maşınları sürüyə çırpılıb

İsmayıllıda yük maşınları sürüyə çırpılıb

Maide.Az xəbər verir ki, hadisə bu gün 07.30 radələrində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 12-ci kilometrliyində, İsmayıllı rayonunun Hapıtlı kəndi ərazisndən keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, 10-OD-285 dövlət nömrə nişanlı “KamAz” markalı yük maşını və 99-FS-470 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olarkən qışlaqdan yaylağa köç edən minlərlə baş qoyunun olduğu sürüyə çırpılıb. Nəticədə azı 80 baş xırda buynuzlu heyvan tələf olub.

 

Hadisə yerinə yol polisi və baytarlıq idarəsinin əməkdaşları cəlb olunub.

 

Dəyən ziyanın həcminin təxminən 7000 manat təşkil etdiyi bildirilir.  (APA)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 07.30 radələrində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 12-ci kilometrliyində, İsmayıllı rayonunun Hapıtlı kəndi ərazisndən keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, 10-OD-285 dövlət nömrə nişanlı “KamAz” markalı yük maşını və 99-FS-470 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olarkən qışlaqdan yaylağa köç edən minlərlə baş qoyunun olduğu sürüyə çırpılıb. Nəticədə azı 80 baş xırda buynuzlu heyvan tələf olub.

 

Hadisə yerinə yol polisi və baytarlıq idarəsinin əməkdaşları cəlb olunub.

 

Dəyən ziyanın həcminin təxminən 7000 manat təşkil etdiyi bildirilir.  

Google+ WhatsApp ok.ru