157 terrorist Suriya ordusuna təslim oldu

Suriya ordusunun ardıcıl qələbəsi davam edir, ötən iki gün ərzində 157 terrorist orduya təslim olub. 
Maide.az Sana agentliyinə istinadən xəbər verir ki,  117 terrorçı Homs şəhəri yaxınlığında təslim olub. 40 təkfirçi terrorist isə Dəməşqin yaxınlığında silahlarını yerə qoyublar. 
Son həftələr Suriya ordusu və xalq qüvvələri silahlı qruplaşmalar üzərində çox saylı qələbələr əldə edib. Bir neçə ərazi işğaldan azad olunub və terrorçuların sursat təchizatı yolları Suriya ordusunun nəzarətinə keçib. 
 BMT-nin məlumatına görə, Suriyada 2011-ci iliin mart ayından başlayan qarşıdurmalar zamanı 250 min insan həlak olub.  1 milyon nəfər yaralanıb.  
Hazırda Suriyada 12 milyon 200 min nəfərə  (5 milyon 600 min nəfəri uşaqlardır) təcili humanitar yardım göstərilməlidir.  /
 

Google+ WhatsApp ok.ru