Ukrayna transit haqqını qaldırıb

Ukrayna ərazisindən keçən Rusiya qacı üçün tranzit haqqını kəskin qaldırıb.  Bu barədə Naftoqaz Ukraini şirkətindən biznesin inkişafı üzrə direktor Yuriy Vitrenko facebook səhifəsində yazıb.
 
Onun sözlərinə görə, tarifin qaldırılması tamamilə Avropa standartlarına uyğun şəkildə həyata keçirilib. “Bununla da Gazprom-un Ukraynadan yan keçmək üçün illətlə apardığı səylər layiqli cavabını alıb”, o, sözlərinə əlavə edib.
 
Rəsmi tranzit haqqının nə qədər artırıldığını bildirməyib.
 
İyunda Gazrpom rəhbəri Alexei Miller deyirdi ki, Ukrayna ərazisindən 100 km məsafədə daşınan qazın min kubmetri üçün 2.7 dollar ödənir, ancaq Kiyev bunu 5 dollara qaldırmaq istəyir. Miller o zaman bu qiyməti “ədalətsiz” adlandırmış, “sərfəli” olmadığını demişdi./

Google+ WhatsApp ok.ru