15 min türkmən Raqqadan qaçır

İŞİD terrorçu qruplaşmasının hücumlarına görə Hələbdən sonra Raqqa bölgəsindəki türkmənlər də Türkiyə ilə sərhəddə yerləşən Akçakale Sərhəd Məntəqəsinə doğru istiqamətləniblər.
Maide.az xəbər verir ki, son günlər İŞİD terrorçularının türkmənlərin yaşadığı bölgəyə hücumlarının artmasından sonra Raqqa və Təl-Abadda insanlar təşvişə düşüb.
Hammam, Zeybəkiyə, Doğaniyə və Aziziyə qəsəbələrindən ümumilikdə 15 mindən çox türkmən Türkiyə ilə sərhəd qapısına doğru irəliləyib və qapıların açılmasını istəyiblər.
Suriya Türkmən Milli Hərəkat Partiyasının rəhbər müavini Tarık Sülo Cevizci bildirib ki, dünən gedən şiddətli atışmalar nəticəsində İŞİD terrorçuları Hələbin Soran qəsəbəsini ələ keçirdikdən sonra 10 yaxın türkmən kəndini də işğal edib.
Türkiyə türkmənlərə dəstək olmaq üçün onları yavaş-yavaş sərhəddən qəbul etməyə başlayıb. Türkiyəyə keçən türkmənlər Şanlıurfaya aparılaraq çadırlarda yerləşdirilib./

Google+ WhatsApp ok.ru