`Haqsızlığa məruz qalanların səsi olmaq istədim`

Maide.az-ın məlumatına görə, Almaniyada rəsmi görüşlər keçirən Misir Prezidenti Əbdul-Fəttah Əs-Sisiyi Almaniya baş naziri Angela Merkel ilə keçirdiyi birgə mətbuat konfransından sonra protesto edən jurnalist Fagr Eladly "Anadolu" agentliyinə açıqlama verib. 
 
Almaniyanın Mainz şəhərində tibb universitetində oxuduğunu və eyni zamanda radioda assistent jurnalist kimi fəaliyyət göstərdiyini deyən Eladly, Misirdə haqsızlığa məruz qalan insanların səsi olmaq istədiyi üçün etiraz aksiyası keçirdiyini vurğulayıb.
 
Eladly, "məqsədim Misirdə zülmə məruz qalan insanların yanında olduğumuzu göstərməkdir. Misirdə hüquq yoxdur, azadlıq yoxdur. Bu etirazı etdim, çünki hüquq istəyirik ki, azadlıq istəyirik" deyib.
 
Eladly həyata keçirmiş olduğu aksiya zamanı başına gələnləri isə bu şəkildə danışıb:
 
"Mətbuat konfransına getdim və xanım Merkelə bir sual vermək istədiyimi dedim. Çox uzaq yerdən sizə sual vermək üçün gəldim dedim. Merkel mənə, "burada əməl edilməsi lazım olan bir sual vermə sistemi olduğunu" dedi. Mən mikrofonu alıb sualımı ünvanlamağa çalışdım, amma mənə mikrofonu vermədilər. Dörd sual verildikdən sonra mənə başqa sual verilməyəcəyini dedilər. Mən də bundan sonra Sisisnin üzünə qarşı, "o bir qatildir" qışqırdım. Sonra məni tutdular. Güman edirəm ki, bir polis məmuru idi. Merkelə mənə yardım et, məni zorla saxlayırlar şəklində bağırdım. Xatırladığım yeganə şey Rabia işarə si tutduğum, onun bir qatil olduğunu və "hərbi çevrilişə mane olmalıyıq" şəklində qışqırmağımdır".
 
 Almaniya Baş Naziri Angela Merkeli də tənqid edən Eladly, "Merkel dünyadakı hər kəsə qarşı Almaniyadakı qanunlarımız necəsə ona görə hərəkət etməlidir. Dumanının dəstəklənməsi əxlaqi olaraq qəbul edilməz. Çünki o demokratik bir lider deyil. O hüquq suverenliyini rədd etdi və Misirdə demokratiya qətlə yetirdi". Deyə danışdı.

Google+ WhatsApp ok.ru