2014-cü ildə smartfonların tədarük həcmi 286 milyona çatıb 25 İyun 2014 01:00 Elm, Təhsil “Juniper Research” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2014-cü ilin birinci rübündə dünya bazarına 286 milyon smartfon tədarük edilib ki, bu da ötən illə müqayisədə 34% yüksəkdir və əvvəlki rübün nəticəsini 1% ötür. 30% bazar göstəricisinə sahib Cənubi Koreyanın “Samsung” şirkəti smartfon bazarında lider mövqeyini qoruyub saxlayır. 2013-cü ilin son rübü ilə müqayisədə bazarda “Samsung”un mövqeyi dəyişməyib, amma illik hesablamada smartfonların tədarük həcmi 25% artıb. ABŞ-ın “Apple” şirkəti cari ilin yanvar-mart aylarında 43,7 milyon “iPhone” smartfonu tədarük edib. Bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 17% yüksəkdir. Amma “iPhone” smartfonunun tədarükü ötən rüblə müqayisədə 14% azalıb, “Apple” şirkətinin bazar payı 18-dən 15%-dək azalıb. Teqlər : #2014cü ildə smartfonların tədarük həcmi 286 milyona çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bütün mobil viruslar `Android` platforması üçün yaradılıb `2` alanların sayı açıqlandı