2030-cu ilədək dünyada nə qədər halal məhsul satılacaq?

Dünyada halal brendli məhsulların satış bazarında aparılan yeni araşdırmalara görə, halal brendli məhsulların satışı hər il 500 milyard dollar artır və  2030-ci ilədək bu rəqəm 9 dəfə artaraq  10  trilyon dollara çatacaq. 
Maide.az-ın İordaniyanın Əl-Dəstur qəzetinə istinadən məlumatına görə, 2014-cü ildə 2  trilyon dollar məbləğində qiymətləndirilən halal məhsulların (ərzaq, dərman, gözəllik vasitələri və su) bazarının satış dəyəri  2020-ci ildə  6 trilyon dollar və 2030-cu ildə 10 trilyon dollara qədər artacağı güman edilir.
Araşdırmalar göstərir ki, dünyanın müxtəlif ölkələrində müsəlmanların sayının artmasına görə halal brendli məhsulların satış bazarının həcmi də artıb. Avropa, Yaponiya, Hindistan və Çində də halal məhsullara tələbat artıb. 
Halal məhsulların bazarının  63 faizi Asiya ölkələrində, 24 faizi Afriqa, 10 faizi Avropa və 2.5 faizi Amerika ölkələrinin payına düşür. 
Məlumata əsasən,  halal məhsulları əsasən Yaxın Şərq, Asiyanın cənub şərq ölkələri və Afriqanın şimal və cənub bölgələrində daha çox satılır./
 

Google+ WhatsApp ok.ru