2 min miqrant Makedoniyaya keçə bilib

Makedoniya polisinin müqavimətinə baxmayaraq, avqustun 22-də azı 2 min miqrant Yunanstandan Makedoniyaya keçməyə müvəffəq olub. Məlumata görə Makedoniya Yunanstan sərhəddində yaranmış qarışıqlıqda bir neçə nəfər xəsarət alıb. Buraya daha çox Suriyadan olan və məqsədi sığınacaq almaq üçün Avropa İttifaqı ölkələrinə getmək olan minlərlə miqrant və qaçqın toplaşıb.
 
Bundan öncə Makedoniya polisi məlumat yaymışdı ki, sərhəddəki vəziyyət nəzarət altında saxlanır və yalnız bir qrup miqranta, xüsusilə əliuşaqlılara sərhəddi keçmək imkanı verilib.
 
300 miqrantı daşıyan birinci qatar Makedoniyanın Gevgelija şəhərini avqustun 22-I səhər saatlarında tərk edib və Serbiya ilə sərhəddə yerləşən Tabanovce kəndinə gedib. Bundan sonra qaçqın və miqrant axınının həddən artıq çox olduğunu görən Makedoniya polisi sərhəddi bağlayıb.
 
BMT Makedoniya polisinin qaçqın və miqrantlara qarşı güc tətbiq etməsindən narahat olduğunu bildirib.
 
Makedoniya Suriya, Əfqanıstan və Şimalı Afrikanı tərk edən qaçqın və miqrantlar üçün başlıca tranzit ölkədir.azadliq/

Google+ WhatsApp ok.ru