Mrdindəki terrora görə 64 nəfər həbs edildi

PKK terror qruplaşmasına qarşı əməliyyatlarını davam etdirən Türkiyənin ordu və polis qüvvələri həm daxildə həm xaricdə qruplaşmaya qarşı uğurlu əməliyyatlar həyata keçirir.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, son bir ayda təkcə Mardin şəhərində keçirilən əməliyyatlarda terror qruplaşmaları ilə əlaqəda şübhəli bilinən 89 nəfər saxlanılıb. Mardin valiliyindən verilən açıqlamada bildirilib ki, saxlanılanlardan 64 nəfəri həbs edilib. Qalan 25 nəfər isə nəzarətdə saxlanılmaqla sərbəst buraxılıb. 
 
Həmçinin 1 ay ərzində Maridində 4 terorçunun polisə təslim olduğu bildirilir.
 
Ümumilikdə, əməliyyatlarda 10 iri çaplı silah, 25 ov tüfəngi, 3 raketatan, 10 raketatan silahın istifadəsi üçün nəzərdə tutulan ləvəzimat, 250 kq patlayıcı maddə, 18 əl qumbarası, 11 kustar üsullarla hazırlanan partlayıcı, 11 bombaya bənzədilən raket, 20 tapança, 155 molotofkokteyli, 18 fişəng, patron, bıçaq, kompüter, yaddaş kartları, qruplaşma üzvlərinə aid digər ləvazimatlar və şəkillər aşkar edilirək aidiyyəti üzrə təhvil verilib.
 
Böyük təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, ölkədə terror həyacanı davam edir. Türkiyənin müxtəlif şəhərlərindən terrorçularla təhlükəsizlik qüvvələri arasında atışmalar hər gün daha da şiddətlənir. 
 
Van şəhərində terrorçular bomba ilə yüklənən avtomobili polis məntəqəsinə sürüb. Partlayıcının işə düşməsi nəticəsində 2 əsgər yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəsdəxanalara yerləşdirilib.

Google+ WhatsApp ok.ru