2 ton narkotiklə yaxalanan Səudiyyə Şahzadəsi həbs olundu

Livan məhkəməsi Səudiyyə Şahzadə Abdulmuhsin bin Vəlid bin Abdulaziz Əl Səudu narkotik qaçaqmalçılığı ittihamı ilə həbs etdi.
 
Maide.az Livanın rəsmi NNA agentliyinə istinadən xəbər verir ki, Cəbəl Livan şəhəri prokuroru Klod Kərəm 5-i hazırda məhbus olan 10 nəfəri "Captagon" narkotik qaçaqmalçılığı və alveri ilə günahlandırıb. Prokuror digər 5 nəfərin həbsi barədə məlumat verməyib.
 
Beyrut Rəfiq Hariri Beynəlxalq Hava Limanında oktyabrın 26-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada hərəkət etməsi planlaşdırılan özəl təyyarədə 40 qutuya gizlədilən 2 ton sintetik narkotik həb (Captagon amfetamin) əməliyyatla ələ keçirilmiş və hadisə ilə bağlı aralarında Səudiyyə Şahzadə Abdulmuhsin bin Vəlid bin Abdulaziz Əl Səudun da olduğu 5 Səudiyyə Ərəbistanı vətəndaşı saxlanılıb.

Google+ WhatsApp ok.ru