350 müsəlmanın içində olduğu gəmi okeanın ortasına atılıb

Malayziya sahillərində olduğu təxmin edilən bir gəmidəki 350-yə yaxın Rohinqya müsəlmanı atıldıqlarını, üç gündür ac və susuz olduqlarını bildirərək təcili yardım istəyiblər.
 
Maide.az xəbər verir ki, "Arakan Project" adlı qeyri-hökumət təşkilatının direktoru Kris Leva ilə telefon vasitəsiylə əlaqə saxlayan gəmidəki bir şəxs, aralarında 50 qadın və 84 uşağın olduğu bir qrup Rohinqya müsəlmanının dənizin ortasında qaldığını deyib.
 
Levaya üç gündür ac və susuz olduqlarını deyən şəxs, gəminin tam olaraq harada olduğunu bilmədiklərini və dənizdə atıldıqlarını bildirib.
 
Leva gəminin kapitanı və ekipajının tailandlı olduğu deyərək, "Rohinqya müsəlmanları iki aydır dənizdə səyahət etdiklərini söylədilər. Özləri üçün bir qayıq hazırlayan kapitan və ekipaj gəmini tərk ediblər. Tərk etməzdən əvvəl Rohinqya müsəlmanlarının yerləşdiyi gəmidəki mühərrikin bəzi hissələrini də sökərək, aparıblar", - deyə danışıb.
 
Levanın bildirdiyinə görə, Rohinqya nüsəlmanları, gəmidən qurunu və bir çox gəmini gördüklərini, kömək üçün siqnal göndərdiklərini, amma heç bir gəminin köməyə gəlmədiyini söyləyib.
 
Miqrantların dəqiq şəkildə harada olduqlarını bilməsələr də, Malayziyanın Lanqkavi adasına yaxın bir yerdə olduqları ehtimal edilir.

Google+ WhatsApp ok.ru