Ayətullah Xamenei Beynəlxalq Kitab sərgisi ilə yaxından tanış olub

Ali Lider Ayətullah Seyyid Əli Xamenei  bu gün səhər Tehran Müsəllasında keçirilən Beynəlxalq Kitab Sərgisi ilə yaxından tanış olub.
Maide.az xəbər verir ki, Ali Lider Ayətullah Xamenei bu gün səhər İmam Xomeyni (r.ə.) adına müsəllada keçirilən Tehran Beynəlxalq Kitab Sərgisində olarub. Sərgidə iştirak edən nəşriyyatçıların stendtlərinə baxış keçirib, nəşriyyatçılarla yaxından söhbət edib və yeni kitablarla tanış olub. 
Ayətullah Xameneini  İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti müşayiət edib. 
28-ci Tehran Beynəlxalq Kitab Sərgisi 6-14 may tarixində Tehranın İmam Xomeyni (r.ə.) adına Müsəllasında keçirilir. Sərgidə 40 ölkədən nəşriyyatçılar öz nəşrlərini sərgiləyir./
 

 

Google+ WhatsApp ok.ru