35 il sonra İran ilə İngiltərə arasında bir ilk

İngiltərənin baş naziri Devid Kameronla İran prezidenti Həsən Ruhani görüşüb. Maide.az-ın məlumatına görə, Nyu Yorkdakı Birləşmiş Millətlər Təşkilatı çərçivəsində keçirilən Kameron-Ruhani görüşü tarixi xüsusiyyət daşıyır. Belə ki, bu, 1979 İran İslam İnqilabından sonra bir İngiltərə Baş nazirin İran prezidenti ilə keçirdiyi ilk üz-üzə görüşdür.
 
İngiltərə baş naziri Kameron İŞİD terror təşkilatına qarşı əməkdaşlıq qərarının İngiltərə ilə İranı bir-birinə daha da yaxınlaşdırdığını təsdiqləyərək, İraqda baş verənlərdən əvvəl də əlaqələrin inkişaf etdirilməsi istiqamətində hərəkətə keçildiyini söyləmişdi. 

Google+ WhatsApp ok.ru