Netanyahu: Ərəb Sülh Planı keçmişdə qaldı

Maide.az-ın məlumatına görə, İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu "Jerusalem Post" qəzetinə açıqlamasında Ərəb Sülh Planının Həmasın Qəzza zolağına nəzarəti götürməzdən öncə, İŞİD-in İraq və Suriyanın bir hissəsini işğal etmədən və bu ölkələr dağılmadan əvvəlki dövrün şərtlərinə görə hazırlandığını, İranın nüvə proqramını sürətləndirdiyini və Ərəb Sülh Planının mövcud Orta Şərq ilə bir əlaqəsinin qalmadığını deyib.
 
O, müzakirələrin məqsədinin İsrailin təhlükəsizlik mənfəətlərini qorumaq olduğunu bildirib: "Əgər Qəzza zolağı tamamilə tərkisilah olarsa, o zaman hər şeyi düşünməyə hazırıq."
 
Qeyd edək ki, İsrail rejiminin 7 iyuldan başlayaraq 51 gün ərzində Qəzzanı bombalaması nəticəsində 5 mindən çox dinc sakin şəhid olmuş, 11 min insan isə yaralanmışdı.

Google+ WhatsApp ok.ru