3 fələstinli nazir və 36 vəkil işğalçı İsrail zindanlarında saxlanılır

 
 
“FİM”- in məlumatına görə, işğalçı İsrail rejimi zindanlarında 3 fələstinli nazir və 36 vəkil qanunsuz olaraq saxlanılır.Bu barədə “Əxrar” İnsan Haqları Mərkəsinin rəhbəri Fuad Əl-Hafeş məlumat verib.
 
O bildirib ki, İşğalçılar iki ay əvvəl Əl-Xəlil şəhərində meydana gələn hadisələr zamanı 27 fələstinli vəkili və 2 nazir həbs edilib.
 
Hal-hazırda həbsdə saxlanılan vəkillərin 34-ü HƏMAS-ın Dəyişiklik və İslah Qrupunun üzvləridir.
 
1 vəkil Fəth hərəkatınından Mərvan Əl-Bergusi, digəri isə Xalq Cəbhəsindən Əhməd Saadatdır.
 
“İki ay ərzində İsrail rejimi 2000-ə yaxın fələstinlini həbs edib. Ümumilikdə Sionist rejim zindanlarında 7000 fələstinli saxlanılır. Bu əsirlər qeyri-insanı tətbiqə və təzyiqlərə məruz qalırlar. Bu insanlar bir çox haqlarından məhrumdular.” deyə Fuad Əl-Hafeş əlavə edib. İslamazeri / 

Google+ WhatsApp ok.ru