ABŞ və İraq qüvvələrinin birgə hərbi əməliyyatı başlayıb

Məqsəd Mosul su anbarını İŞİD-dən geri almaqdır

Maide.az-ın CNN-ə istinadən məlumaıtna görə, ABŞ və İraq qüvvələri müştərək hərbi əməliyyatın icrasına bu gün səhər başlayıblar.  Əməliyyatın əsas məqsədi İŞİD terror qruplaşmasının əlində olan Mosul su anbarını geri almaqdır.  ABŞ hərbi təyyarələri bu gün səhər İŞİD-in Mosul su anbarının ətrafındakı mövqeləri bombalayıb.  

Əməliyyatda  İŞİD-ə qarşı hücumları qurudan İraq və Kürd qüvvələri həyata keçirir. ABŞ isə havadan onlara dəstək olur.

"İraq Şam İslam Dövləti" (İŞİD) artıq bir neçə aydır ki, İraqın strateji obyektlərindən olan  bu su anbarını və su elektrik stansiyasına nəzarət edir. 

Mosulda Dəclə çayı və onun üzərində qurulan SES Şimali İraqın böyük hissəsinin su və elektrikə olan təlabatını ödəyir.  Rəsmi məlumata görə, İŞİD-in əlində olan SES 1010 MQB elektrik hasil edir. Su anbarı İraqın təxminən 40-45 faizinin içməli su və əkinçilik üçün ehtiyaclarını təmin edir.   1980-ci ildə tikilən su anbarı nə qədər əhəmiyyətli olsa da, bir o qədər təhlükə mənbəyi kimi narahatlıq doğurub.  /

 

Google+ WhatsApp ok.ru