4 milyon qaçqın uşaq təhsildən məhrumdur

4 milyon qaçqın uşaq təhsildən məhrumdur

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünyada təhsildən məhrum qalan uşaqların sayının getdikcə artığını açıqlayıb.
 
Maide.Az xəbər verir ki, Komissarlıq 2017-ci ildə dünyada ümumilikdə 25,4 milyon qaçqının olduğunu, onların da 52 faizini uşaqlar təşkil etdiyini bildirib.
 
Həmin uşaqların isə 7,4 milyondan çoxu isə məktəb yaşındadır.
 
2016-cı ildə 3,5 milyon, 2017-ci ildə isə 4 milyon uşaq təhsil almaqdan məhrum qalıb. Bütün cəhdlərə baxmayaraq hər il bu rəqəm artmağa davam edir.
 
Ali komissar Filippo Qrandi təhsil olmadan qaçqın uşaqların gələcəyinin təhlükədə olduğunu və tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Google+ WhatsApp ok.ru