5 alim Quranı tərcümə etmək üçün bir araya gəlib

Kenyanın 5  müsəlman alimi  bir yerə toplaşıblarki,Quranı bu ölkənin 2-ci böyük etnik qrupu olan “Luhyalar”ın  dilinə  tərcümə etsinlər. 
 
Maide.az xəbər verir ki, Harun Musa,  Ramazan Səbva, Ramazan Nədce, İsmail Verə  və Yusif Malala  adlı alimlər Quranı  Luhya dilinə tərcümə edəcəklər. 
 
Quranın Luhya dilinə tərcümə etməsinin  başlanması  mərasimi Mumyas şəhər məscidində  ötən gün keçirilib.  İştirakçılar  bildiriblər ki,bölgə müsəlmanları  Ərəb  dili  bilmədikləri  üçün  Quranı  düzgün anlamırlar  və  bu baxımdan Quranın Luhya diliinə tərcüməsi zərurəti yaranıb.
 
Luhyalar Kenyanın 2-ci böyük etnik qrupudur. Qərbi Keniyada Uqanda sərhədləri ətrafında yaşayırlar. /
 

Google+ WhatsApp ok.ru