Bəhreyn təhlükəsizlik qüvvələri etirazçılara hücum edib

Bəhreyn rejimi təhlükəsizlik qüvvələri  etirazçılara hücum edib. 
 
Maide.az xəbər verir ki, Bir neçə gün öncə polis tərəfindən öldürülən yeniyetmə Əli Əbdülqəninin qətlinə etiraz edən etirazçılar ötən gün  Manamanın yaxınlığında yerləşən Şəhrkan şəhərində aksiya  keçirib. 
 
Etirzçıları dağıtmaq üçün polis göz yaşardıcı qazdan istifadə edib. Etirazçılar  böyük zibil yeşiklərini yandırmaqla yolu bağlamağa çalışıblar. 
Dörd gün öncə Əli Əbdülqəni adı yeni yetmə  polisin açdığı  atəş nəticəsində yaralandı və xəstəxanada ölüb.
 
Şahidlərin bildirdiyinə  və Bəhreyn  Demokratiya və insan haqları təşkilatının məlumatına görə, plis Əbdülqəninin  qohumlarının birinə hücum edib və onu da həbs etmək istəyib. Lakin  O, qaçıb. Polis Əbdülqənini  başında  vurub və yaralayıb.  Bəhreyn Daxili İşlər Nazirliyin Əbdülqəninin ölümü ilə bağlı açıqlama verməyib./
 
 

Google+ WhatsApp ok.ru