77 Nəfəri öldürən adamdan ölüm aclığı qərarı

Norveçdə 77 nəfəri qətlə yetirən Breyvik həbsxanadakı pis şərtlərin davam etməsi halında ölüm aclığına başlayacağını bildirib

Norveçdə 2011-ci ildə hökumət binalarına və Utoya adasında törətdiyi hücumlarda 77 nəfəri qətlə yetirən Anders Berinq Breyvik həbsxana şəraitlərindən şikayət edərək ölüm aclığına başlama təhdidi edib.
 
Maide.az Norveç mediasına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinə məktub göndərən Breyvik 2 sentyabrdan bu yana təcrid edildiyini və gündə yalnız 1 saat hücrədən xaricə çıxdığını bildirərək, şəraitinin dəyişdirilməməsi halında ölüm aclığına başlayacağını bildirib.
 
Ədliyyə naziri Anders Anundsen isə Breyvikin məktubuna cavab verməyi düşünmədiyini və vəziyyətində da bir dəyişikliyin edilməyəcəyini açıqlayıb.
 
Xatırladaq ki, 22 iyul 2011-ci ildə Osloda bombalı hücum təşkil edən və Utoya adasındakı gənclər düşərgəsinə atəş açan Anders Berinq Breyvik 77 nəfəri qətlə yetirmişdi. Breyvik Norveçdə ən ağır cəza olan 21 il həbsə məhkum olmuşdu.
 
Breyvikin Oslo yaxınlığındakı İla zindanındakı təkadamlıq kamerasında kompüter, qəzetlər və məşq alətləri mövcuddur.

Google+ WhatsApp ok.ru