BMT:Hazırda dünyada qaçqın statusu alanların sayı 50 milyonu keçib

BMT-nin statistik açıqlamasına görə, hazırda dünyada qaçqın statusu alanların sayı 50 milyonu keçib. Türkiyənin Hərbi Dəniz Qüvvələri bu günədək  53 min 874 miqrantı xilas edib. Ölümü gözə alan  miqrantlar isə digər ölkələrə getməkdə davam edirlər. Qeyri-qanuni yolla Yunanıstanın Lesbiyan  adasına keçmək istəyən miqrant gəmiləri  isə batma təhlükəsi ilə üzləşib. 143 miqrant xilas edilib.
 
Türkiyənin Hərbi Dəniz Qüvvələri bu günə qədər xilas etdiyi miqrantların sayını açıqlayıb. Avropaya qeyri-qanuni yolla keçmək istəyən və  dəniz sularında batmaq təhlükəsi ilə üzləşən 53 min 874 nəfər  xilas edilib, 2812 nəfərin isə cəsədi çıxarılıb. BMT-nin məlumatına görə, hazırda dünyada qaçqın statusu  olan və öz yurdunu məcburən tərk edənlərin ümumi sayı 50 milyon nəfəri keçib. Türkiyədə əksəriyyəti  Suriya və İraqdan olan  2,2 milyon qaçqına sığınacaq verilib. Onların burada məskunlaşmasına isə  ümumilikdə 7,6 milyard ABŞ dolları sərf olunub.
 
Yunanıstanın Lesban  adası sahillərində rezin qayıqlarla hərəkət edən qaçqınlar xilas olunmaq üçün təhlükəsizlik xidməti əməkdaşlarından kömək istəyiblər. Əraziyə Sahil Təhlükəsizlik Xidməti əməkdaşları cəlb olunub.Yunanıstan rəhbərliyinin məlumatına görə, 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb. 47 nəfər isə xilas edilib.
 
Qeyri-qanuni yolla Yunanıstana keçməyə çalışan daha bir miqrant gəmisi isə Çanaqqalada aşkarlanıb. Burada Suriya vətəndaşları olan  96 miqrant saxlanılıb.
 
İtaliyanın Sahil Təhlükəsizlik Xidməti də Aralıq dənizində son 3 gün ərzində 1000-dən çox qaçqını xilas edib. Miqrantların  əskəriyyəti Liviya sahillərində aşkarlanıb. Burada 3 gündə 11 bölgədə xilasetmə əməliyyatları keçirilib.

Google+ WhatsApp ok.ru