Kərkükdə daha 10 kənd İŞİD-dən təmizlənib

Şimali İraqda regional kürd rəhbərliyinə bağlı peşmərgə qüvvələrinin İŞİD-ə qarşı mübarizəsi davam edir. Peşmərgənin Kərkükün cənub-qərbindəki 10 kənd İŞİD-dən xilas etdiyi bildirilir.
 
Maide.az xəbər verir ki, Peşmərgənin səhər saatlarında başladığı əməliyyata koalisiya ölkələrinə məxsus döyüş təyyarələri hava hücumu ilə dəstək verib. Ağır silahlarla İŞİD terrorçularının yerləşdiyi ərazini bombalayan peşmərgələr təşkilatın yollara çəkdiyi minalara görə, yavaş irəliləyirlər.
 
Bölgədəki peşmərgə komandirlərindən Kamal Kərküki verdiyi açıqlamada, əməliyyatın planlaşdırdığı kimi uğurlu keçdiyini bildirərək, 10 kəndi İŞİD-dən təmizlədiklərini deyib.
 
Toqquşmalarda peşmərgə güclərindən və İŞİD-dən ölü və yaralı olduğunu bildirən Kərküki, terror təşkilatının böyük zərbə aldığını deyib. Kərkükün cənubundakı Havicə rayonu İŞİD-in əlindədir.

Google+ WhatsApp ok.ru