Pakistan və Hindistan əsgərləri arasında atışma, ölənlər var

Pakistan və Hindistan əsgərləri arasında atışma, ölənlər var

 
Pakistan və Hindistan əsgərləri arasında Kəşmir bölgəsində atışma baş verib. 
 
Maide.Az-ın verdiyi xəbərə görə, Pakistan elan edib ki, atışma nəticəsində 2 pakistanlı əsgər həlak olub. 
 
Pakistan ordusunun yayımladığı bəyanata görə, atışma bu gün  Kəşmirin Bəhmir, Kil və Lbiya  bölgələrində baş tutub və 6 saat davam edib. 
Bəzi beynəlxalq KİV-lər iki ölkə əsgərləri arasınad atışmanın hələdə davam etdiyini bildiriblər.  
 
Pakistan və Hindistan arasında Kəşmir üzərində uzun illərdir ki, ixtilaf mövcuddur. Hazırda  hər ölkə Kəşmirin bir hissəsinə nəzarət edir. 
Hindistan və Pakistan arasında  Kəşmir məsələsinə görə indiyədək 2 dəfə müharibə baş verib.  
 

Google+ WhatsApp ok.ru