“Lada” markalı maşınla toqquşan “Toyota Prado”... aşıb (FOTO)

Bakıda ağır yol qəzası baş verib. Saat 11.45 radələrində paytaxtın Rüstəm Rüstəmov küçəsi ilə Məhsəti Gəncəvi küçələrinin kəsişməsində  “Toyota Prado” markalı, 99 EP 990 dövlət nömrə nişanlı avtomobil “Lada” markalı maşınla toqquşub. Zərbənin gücündən “Toyota Prado” aşıb. Nəticədə hər iki avtomobilin sürücüləri xəsarət alıb.
 
Hazırda Dövlət Yol Polisinin əməkdaşları hadisə yerində araşdırma aparır. 
 
 

Google+ WhatsApp ok.ru