“Facebook”da “Like” qadağası 14 Avqust 2014 01:00 Dünya Dünyanın ən böyük sosial şəbəkəsi Facebook öz iş prinsipində müəyyən dəyişiklik etməyə hazırlaşır. Bildiyimiz kimi, Facebook-da səhifələrin paylaşımları, məzmunları ilə tanış olmaq, şərh yazmaq üçün səhifəni bəyənmək məcburiyyətindəyik. Facebook hesab edir ki, bu durum istifadəçilərə sosial şəbəkənin imkanlarından zövq almağa qoymur. Eyni zamanda bu məsələ səhifə sahiblərinə də mənfi təsir göstərir. Xüsusilə, müəyyən brend səhifələrin bir-biri ilə «like» rəqabətinə girməsi Facebook rəhbərliyini narahat edir. Bu vəziyyəti aradan qaldırmaq üçün Facebook 5 noyabr 2014-cü il tarixindən səhifə bəyənmə sistemini aradan qaldıracağını açıqlayıb. Bununla bağlı istifadəçilərdən çox şikayət gəlməməsi də, istifadəçilərin durumdan məmnunluq duyacağı kimi yozulur. AzadliqRadiosu / Teqlər : #Facebookda Like qadağası, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Luqanskda şiddətli döyüşlər gedir, ölənlər var İŞİD terror qruplaşması Səddam Hüseynin tunellərindən istifadə edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO