Luqanskda şiddətli döyüşlər gedir, ölənlər var

Luqansk şəhərinə endirilən raket zərbələri xeyli sayda dinc insanın ölümünə səbəb olub. Bu barədə Luqansk şəhər şurasından bildirilib.
 
“Raket atəşləri nəticəsində xeyli sayda dinc insan zərər çəkib, həlak olanlar var. Qurbanların sayı dəqiqləşdirilir”, - şəhər şurasının mətbuat xidməti qeyd edib.
 
Raketlər mağazalara və bir neçə yaşayış evinə düşüb. 22 dinc sakinin dünyasını dəyişib
 
Şəhər artıq iyirmi gündür ki, Ukrayna ordusunun tam mühasirəsindədir.

Google+ WhatsApp ok.ru