“YouTube”-la diqqətli olun 19 Avqust 2014 01:00 Elm, Təhsil Hakerlər istifadəçinin kompüterinə “casus” proqramları quraşdırmaq üçün “YouTube” və “Microsoft Live” xidmətlərinin trafikini dəyişdirməyi öyrəniblər. “Citizen Lab” laboratoriyası zərərli proqramın yayılmasının yeni üsulu haqqında hesabat dərc edib. Tədqiqatçılar hesab edirlər ki, Mərakeş və BƏƏ hökumətlərinin sifarişi üzrə “Hacking Team” şirkəti “casus” proqramının yayılması ilə məşğul olub. Laboratoriyanın mütəxəssisləri bildiriblər ki, həmçinin ABŞ, Böyük Britaniya, Rusiya, Çin və İsrail belə izləmə aparan təşkilatlara malikdir. Trafikin dəyişdirilməsinin qarşısını almağın yeganə üsulu “HTTPS” mühafizə protokolundan istifadə etməkdir. Bu protokol server və istifadəçi kompüteri arasındakı məlumatları tamamilə şifrələyir. Qeyd edək ki, “YouTube” əvvəlki kimi şifrələmədən istifadə etmir. Teqlər : #YouTubela diqqətli olun, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru TQDK nəticələri elan etdi Azərbaycanda yeni işə başlayan müəllimin bir stavka dərs yükü üçün aylıq əmək haqqı 155 manatdan 315 manatadək artırılıb