Əl-Əzhər nümayəndəsi: `Şiəlikdə heç bir pislik görmədim`

əl-Əzhər Universiteti Fiqhi Muqarin Fakültəsinin dekanı Şeyx Əhməd Mahmud Kərimi dünən İranın Qum şəhərində Ayətullah Məkarim Şirazi ilə görüşüb. Maide.az-ın məlumatına görə, görüş zamanı Şeyx Mahmud belə deyib: "Bu günə qədər şiəlik haqqında apardığım araşdırmalarda heç bir pisliklə qarşılaşmadım. Buna görə şiə məzhəbinə mən6sub olan insanlar haqqında pis bir söz yazmadım və söyləmədim." 
 
Təkfirçiliyin zərərlərinə dair bir kitab da yazdığını söyləyən Şeyx Mahmud Kərimi sözlərinə belə davam edib: "Bu kitab Misir Vəqflər Nazirliyi tərəfindən yayımlanıb. Mən sələfilərə "Mütəsəllifə" deyirəm. Təkfirçilər bu gün "əl-Əzhər"i belə təkfir edirlər. Mən dəfələrlə əl-Əzhər Şeyxinin yanına gedib bu mövzunu müzakirə etmişəm və demişəm ki, İslam dinini vəhhabiliyin əlindən qurtarın. Vəhhabilər bütün İslam diyarlarında, Məkkə və Mədinədə İslami əsərləri məhv etməkdədirlər. Mənim icra etdiyim işlər nəticəsində Misirdə təkfirçilərə aid bəzi kanallar bağlanıb. Misir Vəqflər Nazirliyi də mənim kitabımı nəşr edərək, dünyanın hər tərəfinə paylayıb."
 
Mursi zamanındakı hadisələrə də toxunan Şeyx Mahmud Kərimi belə deyib: "Bu gün bir günah varsa, bunun məsulu İxvan və Sələfilərdir. Əgər Mursi rəhbərliyi davam etsəydi, onlar daha çox insan öldürəcəkdilər, daha çox insanı təkfir edəcəkdilər. Mursi dövründə hətta əl-Əzhər Universitetinə belə hücum etdilər, təhqir etdilər."

Google+ WhatsApp ok.ru