Gürcüstanda prezidentlə baş nazir arasında `ABŞ qalmaqalı`...

Gürcüstan XİN-i hesab edir ki, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 69-cu sessiyasında ölkəni bir – baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etməlidir.
 
Bu barədə Gürcüstan KİV-ləri yazır.
 
XİN Gürcüstan prezidenti Marqvelaşvilinin sessiyaya ayrıca nümayəndə heyəti ilə qatılmaq qərarının düzgün olmadığını bildirib.
 
Xarici işlər nazirinin birinci müavini David Zalkaliani vurğulayıb ki, sessiyaya iki nümayəndə heyətinin getməsi “Gürcüstanın imicinə ciddi zərbə vuracaq”
 
“Belə bir tədbirdə bir ölkənin iki yüksək rəhbər tərəfindən təmsil olunmasına dair tarixdə bir nümunə yoxdur” – deyə, Zalkaliani əlavə edib.
 
BMT Baş Assambleyasının 69-cu sessiyası 21-30 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək. Hazırda Gürcüstan XİN-i prezident və baş nazir arasında yarana bu qalmaqalı aradan qaldırmağa çalışır.

Google+ WhatsApp ok.ru