Lavrov dünyaya sürprizlər vəd etdi

"Ukrayna böhranı beynəlxalq vəziyyəti ciddi şəkildə silkələyib". Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Ukrayna böhranının təsiri kifayət qədər uzunmüddətli hiss olunacaq.
 
“Ukrayna böhranı beynəlxalq vəziyyəti ciddi şəkildə silkələdi. Onun təsiri kifayət qədər uzunmüddətli hiss olunacaq. Bu gün əvvəlcədən xəbər vermək çətindir ki, dünyada işlər necə gedəcək. Amma arxayın olmaq mümkündür ki, gələcək bizə çox sürprizlər təqdim edəcək”, - deyə S.Lavrov bildirib.
 
Maide.az-ın məlumatına görə, Rusiya xarici işlər naziri qeyd edib ki, Ukraynada baş verənlər heç də yeni tendensiyaların təzahürü olmayıb. Onun sözlərinə görə, Ukrayna böhranı Qərb partnyorların Rusiya ilə bağlı uzun illər həyata keçirdiyi siyasətin nəticəsi idi: “Rusları qəbul etməmək vərdişinin Qərbi Avropada yüzilliklərlə tarixi var. Buna baxmayaraq, ən azı son üç əsr ərzində biz Avropa mədəniyyəti və siyasətin ayrılmaz hissəsiyik".

Google+ WhatsApp ok.ru