Əbdulməlik Husi: Təkfirçilər ABŞ-ın maşasıdır

Ənsarullah Hərəkatının lideri Əbdulməlik Husi Aşura münasibətiylə etdiyi çıxışında təkfirçiləri İslama daxildən zərbə vurmaq üçün ortaya çıxarılmış bir layihə adlandırıb.
 
Maide.az xəbər verir ki, İmam Hüseynin (ə) ən yaxşı mübarizə modeli olduğunu deyən Əbdulməlik Husi xalqı İmam Hüseyn (ə) təlimlərinə dönməyə çağırıb və "xalqın uca dəyərləri həyatına tətbiq edə bilməsi üçün doğru modellərə ehtiyacı var", - deyib.
 
Məscidi Əqsada baş verən hadisələrə də diqqət çəkdikdən sonra bölgədə müsəlman birlikləri bölünməyə və parçalanmağa sürüyən təkfirçilik təhlükəsini vurğulayan Əbdulməlik Husi, "təkfirçi ünsürlər zalımların və başda ABŞ olmaqla İslam düşmənlərinin İslam ümmətinin vəhdətini daxildən hədəf alan bir maşasıdır" söyləyib.
 
Çıxışında Yəmənin daxili problemlərinə də toxunan Husi baş verən hadisələri siyasi problemlərin ölkəni parçalanmağa doğru apardığına diqqət çəkib və ölkədəki səlahiyyətlilərin hər birinə yazılı xəbər göndərərək, siyasi problemlərlə və təhlükəsizlik problemləri ilə əlaqədar xəbərdarlıqlar etdiyini vurğulayıb.
 
Əbdulməlik Husi Yəmən ordusunun zəif olmadığını deyərək, "Yəmən ordusu kafi gücə malikdir, problem siyasi iradənin olmamasıdır. Prezident və digər səlahiyyətlilər təhlükəsizliyi komissiyalara həvalə ediblər. Bu da onların məsuliyyəti boynuna götürmək istəmədiyini göstərir", - deyib.
 
Əbdulməlik Husi Yəmən prezidentini başqalarının əlində bir vasitə olmaması üçün xəbərdar etdiklərini deyərək, "Yəmən xalqı nə BMT Təhlükəsizlik Şurasından, nə Körfəz ölkələrindən, nə də başqalarından qorxur" söyləyərək, heç kimin Yəmən xalqını inqilabdan uzaqlaşdıra bilməyəcəyini vurğulayıb.

Google+ WhatsApp ok.ru