Kərbəla zəvvarlarına hücum hazırlığı aparan İŞİD terrorçuları öldürüldü

Maide.az xəbər verir ki, İraq təhlükəsizlik orqanlarındakı mənbənin mediaya bildirdiyinə görə, Kərbəla zəvvarlarına hücum hazırlayan terrorçular öldürülüb: "İraq hava qüvvələri müvəffəqiyyətli bir əməliyyatla 90-dan artıq İŞİD terrorçusunu öldürüb. Öldürülən terrorçuların Kərbəla ziyarətçilərinə istiqamətli böyük bir hücum hazırlığı aprdıqları məlum olub. İraq döyüş təyyarələri ərəb və çeçen əslli terrorçuları daşıyan iki avtobusu hədəf alıb. Digər tərəfdən İraq ordusuna aid döyüş təyyarələri İŞİD-in nəzarəti altında olan Səlahəddin şəhərindəki əş-Şurqat bölgəsinə hücum təşkil edib. Bu hücumda ən azı 6 İŞİD-çi öldürülüb."

Google+ WhatsApp ok.ru