Əfqanıstanda növbəti intihar hücumu: 45 ölü, 60 yaralı

Əfqanıstan rəsmiləri bildiriblər ki, ölkənin şərqindəki Paktika əyalətində voleybol yarışı zamanı intiharçının törətdiyi partlayış nəticəsində 45 nəfər həlak olub və daha 60-dək insan yaralanıb.
 
Yerli valinin sözçüsü Mokhlis Afghan xəbər verib ki, partlayış noyabrın 23-də, gündüz çağı Yəhyalı rayonunda, burada keçirilən rayonlararası turnir zamanı, böyük tamaşaçı izdihamının içində törədilib.
 
Sözçü bildirib ki, intiharçı matçın davam etdiyi bir vaxtda izdihama qatılıb və üstündəki bombanı işə salıb.
 
“Həlak olanların əksəriyyəti mülki şəxslərdir” – deyib rəsmi.
 
O həmçinin yaralıların ağır vəziyyətdə olduqlarını bildirib. Rəsminin dediyinə görə, yaralılardan bəzilərinin paytaxt Kabula köçürülməsi lazım gələcək.

Google+ WhatsApp ok.ru