Hizbullahın xüsusi nümayəndəsi: Təkfirçilər bütün müsəlmanları hədəf almaq istəyir

Maide.az xəbər verir ki, Livan İslami Müqavimət Hərəkəti Hizbullahın xüsusi nümayəndəsi kimi İranda təşkil edilən "Təkfirçi və ifratçı hərəkatlar islam alimləri baxışında" adlı konfransa qatılan Əllamə Seyid İbrahim Əmini çıxışında, "Təkfirçilər dünyadakı bütün müsəlmanları hədəf almaq istəyirlər. Bütün üləma, müdrik, elm adamı, mərcei təqlid və İslam mərkəzlərinin onların niyyətini ictimaiyyətə aydınlaşdırma vəzifəsi var", - söyləyib.
 
Seyid İbrahim Əmini çıxışını belə davam etdirib: "Bu konfrans İslamın müsəlmanların çiyininə yüklədiyi bir missiya və eyni zamanda İslamı qorumaq məqsədlidir. Bu konfrans təkfirçi və radikalların ortaya çıxdığı belə bir dövrdə təşkil edilməkdədir.
 
İŞİD İslamı pis göstərmək üçün cəhd göstərməkdədir. Bilin ki, onların günümüzdəki səyi həqiqi İslamın örtülməsidir. 
 
Bizlər bilməliyik ki, təkfirçiləri idarə edənlərin səyi müsəlmanlar arasında olan ortaq nöqtələrin yox edilməsi, müştərək nöqtələrin dəyərsizləşdirilməsi və günbəgün şiə və sünni ixtilaflarının şiddətləndirilməsidir. Buna görə də müxtəlif yerlərdə müxalifləri öldürürlər. 
 
İslam ümmətinin qiymətli məqsədləri vardır. Halbuki onlar (təkfirçilər) müsəlmanların arasındakı güc və birliyi zəiflətməyə çalışmaqdadırlar. Onlar İslam düşmənlərinin köməyi ilə müsəlmanların həqiqi hərəkatlarının önünə batil bir xətt çəkmək istəməkdədirlər. Bax bu, İslam dünyası üçün böyük bir təhlükədir.
 
Təkfirçilər İran, Fələstin və Livan İslami müqavimətinə qarşı sui-qəsdlər təşkil etməkdədirlər. Halbuki onlar beynəlxalq terrorizmi yaymaq məqsədindədirlər. Hədəfləri İslam və Ərəb ölkələri ilə mübarizədir. Bu axınlara qarşı mübarizədə İslami düşüncə və əsaslı təfəkkür lazımlıdır. Onlar dünyadakı bütün müsəlmanları hədəf alıblar." 

Google+ WhatsApp ok.ru