Ərbəində müsəlmanların görüşməsi İslam gücünün təzahürüdür

Ayətullah Nuri Həmədani "İndependent" qəzetinin Ərbəin ziyarətində milyonlarla müsəlmanın görüşməsinin təhdid ünsürü olduğu istiqamətindəki xəbərinə belə münasibət bildirərək, "bəli, bu İslam düşmənləri üçün təhdiddir", - deyib.
 
Ayətullah Nuri Həmədani Ərbəin yürüşünün İslam düşmənlərini qorxutduğuna diqqət çəkib və belə danışıb: ""İndependent" qəzetinin milyonlarla müsəlmanın Kərbəlada görüşməsinin təhdid ünsürü olduğunu yazması da bunu göstərir. Bəli, bu İslam düşmənləri üçün təhdiddir. Çünki o gün 20 milyon müsəlmanın Kərbəlada görüşməsi İslamın gücünün təzahürüdür. Bunun dəyərini bilmək lazımdır. Müsəlmanlar bir çox təhlükəni heçə sayaraq böyük məhəbbət okeanına çevrilərək, Kərbəlaya doğru axır. Bunun dəyərini yaxşı bilmək lazımdır."

Google+ WhatsApp ok.ru