Səudiyyə Ərəbistanı İsrailə neft satmağa hazırdır

Səudiyyə Ərəbistanının neft naziri Əli Nəimi Ər-Riyadın sionist İsrail rejiminə neft satmağa hazır olduğunu deyib.
 
Maide.az xəbər verir ki, Vyanada iştirak etdiyi bir mətbuat konfransında danışan Səudiyyə Ərəbistanının neft naziri bu ölkənin neft bazarında pul qazanmaq istədiyini söyləyərək, Ər-Riyadın İsrail rejiminə neft ixrac etməyə hazır olduğunu açıqlayıb.
 
Sionist rejimin baş naziri Benyamin Netanyahu isə bir müddət əvvəl verdiyi bəyanatda ərəb ölkələri ilə münasibətlərin düzəlməsinə hazır olduğunu söyləmişdi.
 
Bir israilli səlahiyyətli də verdiyi açıqlamada Netanyahunun Səudiyyə Ərəbistanının bir neçə il öncə gündəmə gətirdiyi ərəb sülh planının ərəb dünyası danışıq prosesini inkişaf etdirmək üçün faydalı vasitə kimi gördüyünü bildirmişdi.

Google+ WhatsApp ok.ru