Ərəbistanlı Şeyxdən gülməli açıqlama

Ərəbistan İnsan Haqları Şurasının üzvü Şeyx Abdulaziz Fevzan region ölkələrinin müxtəlif bəhanələrlə Ərəbistan üzərində təzyiq yaratmağa çalışdıqlarını söyləyib və belə əlavə edib: "Qadın hüquqları məsələsi də bu bəhanələrdən biridir. Guya Ərəbistanda qadın haqları pozuntusu varmış! Qadınlar avtomobil istifadə etmək hüququndan məhrum olduqları üçün ədalətsizliklə üzləşiblərmiş!"
 
Maide.az xəbər verir ki, Şeyx Fevzan sözlərinə belə davam edib: "Bəli, Ərəbistan torpaqlarında bir qadının avtomobil istifadə etməsi qadağandır. Çünki sosial baxımdan bunun bir çox fəsada yol açacağı məlumdur! Ağlı başında olan heç bir şəxs arvadının və ya qızının sürücülük etməsinə razılıq verməz! Səudiyyə qadınları cəmiyyət içində son dərəcə üstün hüquqlara malikdirlər. Deməliyəm ki, əgər digər ölkələrdəki qadınlar Səudiyyə qadınlarının vəziyyətini bilsəydilər, onları həsəd aparardı! Çünki Ərəbistanlı qadının cəmiyyətdə çox görkəmli yeri vardır və hər bir sahədə yüksək nailiyyətlərə çatmışdır!"
 
Ərəbistan İnsan Haqları Şurasının üzvü Şeyx Fevzanın bu açıqlamaları sadə bir həqiqəti dəyişdirmir. O da budur ki, Ərəbistanlı qadın dünyanın hər bir ölkəsində ən adi və sadə bir haqq olan avtomobildən istifadə etmək və təkbaşına harasa getmək hüququndan məhrumdur. Hər hansı bir restoranda təkbaşına oturub yemək yeməsi üçün isə hökmən yanında bir kişi olmalıdır.
 

Google+ WhatsApp ok.ru