Rus bombardmançı təyyarələri İngiltərə səmalarında

Rusiya Hava Qüvvələrinə məxsus iki ədəd Tu-95 Bear H bombardmançı təyyarəsinin İngiltərə hava məkanı yaxınlığında uçuş etməsi iki ölkə arasında gərginliyə səbəb olub.
Bombardmançı təyyarələr Kral Hava Qüvvələrinə aid iki təyyarənin müşayiəti ilə bölgədən uzaqlaşdırılıb
 
Maide.az-ın məlumatına görə, İngiltərə Xarici İşlər Nazirliyi bu hadisədən sonra yayımladığı bəyanatda bildirib ki, Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko Xarici İşlər Nazirliyinə çağırılaraq açıqlama tələb edilib. 
 
İngiltərənin "Financial" qəzeti də Baş nazirin mənbələrinə əsaslanaraq verdiyi xəbərdə sözügedən aviareysin İngiltərə hava məkanında bu günə qədərki ən təhlükəli uçuşlardan biri olduğunu yazıb. 

Google+ WhatsApp ok.ru