Əl-Vifaq: `Dünya ictimaiyyəti Şeyx Salmanın sərbəst buraxılmasına cəhd göstərməlidir`

Bəhreyndə Əl-Vifaq Cəmiyyəti dünya ictimaiyyətindən Şeyx Salmanın sərbəst buraxılması üçün təcili təşəbbüs göstərməsini istəyib.
 
Maide.az xəbər verir ki, Əl-Vifaq Cəmiyyəti bazar günü yayımladığı bəyanatda Əl-Vifaqın baş katibi Şeyx Salmanın sərbəst buraxılması istiqamətində hər cür əhəmiyyət verməmə və gecikmə cəhdinin Bəhreyni qaranlıq bir tunelə salacağı, Şeyx Salmanın hökumətlə olan siyasi böhranın həll yolunu bilən yeganə adam olduğu vurğulanıb.
 
Əl-Vifaq Cəmiyyəti bundan başqa Bəhreyndəki siyasi böhran prosesini həll etmək üçün ciddi səylərə ehtiyac olduğunu qeyd edib.
 
Əl-Vifaq Cəmiyyəti Ali Xəlifə rejiminin ölkədə dinclik və təhlükəsizliyi təmin etmək bəhanəsi ilə müxaliflərə qarşı basqı və güc tətbiqi üsulu siyasətləri tətbiq etdirməsinin münaqişələri daha da artırdığına toxunaraq, Bəhreyn xalqının təkcə demokratiya və ədalət tələb etdiyini bildirib.
 
Xatırladaq ki, Bəhreyn rejimi Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Salmanı keçən ilin dekabr ayında hökumətə qarşı çıxma və xalqı aksiyalara çağırma ittihamı ilə həbs edib.

Google+ WhatsApp ok.ru